
Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 40-cı ildönümü münasibətilə Azərbaycandakı səfiri — xanım Ufuk Turganeri, RMİD İctimai Birliyi olaraq ziyarət etdik. Ona səmimi təbriklərimizi çatdıraraq, hər zaman qardaş ölkənin yanında olduğumuzu bildirdik.
Görüşdə Ufuk Turganer Azərbaycan və KKTC arasında münasibətlərin sürətlə inkişaf etdiyindən, o cümlədən vətəndaş cəmiyyətləri arasındakı əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi. Azərbaycanda öz dövlətinin qurulmasının 40-cı ildönümünün qeyd edilməsinin olduqca çox qürurverici olduğunu vurğuladı.