RMID

Menu

info@rmid.az
+994 55 600 64 64
RMID

RMID

Reklam və Marketinq sahəsinin inkişafına dəstək

Üzvlük müraciəti

İctimai Birlik haqqında

Reklam və marketinq sahəsində dünyanın ən yeni, qabaqcıl təcrübə və texnologiyalarının

öyrənilməsi və tətbiqi üçün yerli bazar iştirakçılarının bir araya gəlməsi, onların daha effektiv işlər

həyata keçirmək imkanlarını reallaşdırmaq məqsədilə universal platformada təmsil olunması

zərurəti yarandığından “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” "RMİD" İctimai Birliyi

təsis edilib.


Birlik rəsmi dövlət qeydiyyatından keçərək, 2023-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb.

RMİD İctimai Birliyi yerli və xarici mütəxəssislərin iştirakı ilə reklam və marketinq kursları,

seminarlar, dəyirmi masalar təşkil edəcək, bu sahədə yeni fəaliyyətə başlayan fərd və qurumlara

professional dəstək verəcək.


İctimai Birlik yalnız ölkədaxili deyil, reklam və marketinq sahəsində beynəlxalq əməkdaşlığı inkişaf

etdirmək məqsədlərini də öz fəaliyyət proqramına daxil edib.


Belə ki, müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə və birgə

layihələrin hazırlanması ictimai birliyin fəaliyyət proqramının tərkib hissəsini təşkil edir.


Bu məqsədlə “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” ictimai birliyi öz layihələrində

dövlətin müvafiq strukturları ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutur.