RMİD digər ictimai birliklərdən fərqi nədir?
RMİDAzərbaycanda reklam və
marketinq sahəsində fəaliyyət göstərən yeganə ictimai birlikdir.
Niyə RMİD-ə üzv olmalı?
- Dövlətin müvafiq strukturları ilə sıx əməkdaşlıq
- Yerli və Qlobal Reklam və Marketinq sahəsinin
nümayəndələri ilə
- görüşlərin təşkili və agentlikləri ilə əlaqələr
- Yerli və Beynəlxalq şəbəkələşmə, tədbirlər,
sərgilər, konfranslar və simpoziumların təşkili
- Reklam və Marketinq sahəsinin inkişafına dəstək
məqsədi ilə peşəkar mütəxəssislərin yetişdirilməsi
- Reklam və Marketinq sahəsində dəyişikliklərə
töhfə verilməsi və maarifləndirilməsi
- Yaradıcı və innovativ ideyaların
istehsalı
RMİD faydalı olacağına necə zəmanət verir?
RMİDhər zaman sahibkarlar, iş adamları üçün faydalı, səmərəli işlər həyata keçirir.
Bu günə qədər təşkil etdiyi sərgilər, tədbirlər, işgüzar yeməklər, müxtəlif
layihələr və s. sahibkarlar, eyni zamanda iş adamlarının böyük marağına səbəb
olub. Həmçinin peşəkarlıq, dürüstlük və inkişaf RMİD-in əsas
dəyərlərindəndir və fəaliyyətini də bu dəyərlərə sadiq qalaraq təşkil edir.
RMİD-ə üzvlük şərtləri nələrdir?
Bütün müraciətlər sayt üzərindən və ya RMİD-in elektron ünvanına yazılı
müraciət əsasında baxılır. İlk öncə üzv olmaq istəyən klubun fəaliyyət istiqamətləri
və bazarda olan cari vəziyyəti araşdırılır. Daha sonra əməkdaşlıq və birlikdə
inkişaf şərtləri müzakirə olunur. Gözləntilər haqqında geniş müzakirələr
aparılır. Müqavilə bağlandıqdan sonra idayə heyətinin qərarına əsasən üzvlük
statusu müəyyən edilir. Müvafiq məbləğ hesaba daxil olduqdan sonra klubun
assosiasiyaya üzv olması barədə ictimaiyyətə məlumat verilir.
Üzvlük hansı müddətdə nəzərdə tutulur?
RMİD-ə
üzvlüyün müddəti bir ildir. Üzvlüyün uzadılması prosesi bir il ərzində
tərəflərin
qarşılıqlı razılaşması əsasında həyata keçirilir.
RMİD-in tədbirlərində iştirak ödənişsizdirmi?
Təşkil
olunmuş yerli tədbirlərdə iştirak KOBSKA-ya üzv olan şirkətlər və klublar üçün
ödənişsizdir. Beynəlxalq sərgi və görüşlərdə, o cümlədən böyük masştablı yerli
tədbirlərdə KOBSKA üzvlərinə 30-60% endirim şərtləri tətbiq olunur. Xarici ölkələrdə
keçirilən tədbirlərdə isə iştirak haqqı tədbirin formatından, miqyasından və şərtlərindən
asılı olaraq dəyişir. 2 il ərzində KOBSKA-nın üzvü olan şirkətlər (10 şirkət) 3
beynəlxalq sərgi də təmamilə ödənişsiz İştirak ediblər.
RMİD üzvlərə maddi dəstək göstərirmi?
İctimai
Birliyin birbaşa olaraq hər hansı üzvə maddi dəstək göstərmək
kimi
vəzifə və ya öhdəlikləri mövcud deyil. İctimai Birlik üzvlərinə
yeni
maliyyə imkanlarına çıxış əldə etmək üçün əlaqələr qurmağa dəstək olur.
Həmçinin
qrant müsabiqələrindən yararlanmaq üçün üzvlərinə texniki dəstək göstərir.
RMİD-in dəstək mexanizmləri hansılardır?
RMİD
reklam və marketinq sahəsinin inkişaf etdirilməsi
məqsədilə
üzvlərinə maarifləndirmə, marketinq, satış, investorlara
çıxış,
startap layihələrinə, idxal və ixraca dəstək göstərir.