“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin (RMİD) İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və “Kıbrıs Türk Reklamcılar ve Tasarımcılar” Birliyi Derneği (REK-DER) Başkanı Suat Durdu Bora arasında Şimali Kipr Türk Respublikasında əməkdaşlıq memorandumu imzalanıb.
Çıxışında Xəyalə Mütəllimova Şimali Kiprdə olmaqdan məmnunluğunu ifadə edərək, yaxın illərdə Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrdə sərgilər təşkil etmək təşəbbüsünü vurğulayıb. REK-DER Başkanı Suat Durdu Bora isə təşkilatlarının qısa müddətdə həm Türkiyə, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə sıx əməkdaşlıq əlaqələri qurduğunu və RMİD ilə imzalanan memorandumun bu əməkdaşlıqları daha da gücləndirəcəyini bildirib.
İmza mərasimindən sonra Suat Durdu Bora Xəyalə Mütəllimovaya xatirə plaketi təqdim edib. RMİD olaraq REK-DER-ə təşəkkür edir və əməkdaşlığın uğurla davam edəcəyinə ümid edirik.