
15 avqust 2025-ci il tarixində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi (RMİD) və “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyi (QUTDİB) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum RMİD İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və QUTDİB İdarə Heyətinin sədri Sevinc Abdullayeva tərəfindən imzalanıb. Sənəd hər iki təşkilat arasında maraqların mübadiləsini, faydalı əməkdaşlığın yaradılmasını və ikitərəfli münasibətlərin inkişafını nəzərdə tutur.