
7 noyabr 2024-cü il tarixində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi (RMİD) və “İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi (İNDO) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum RMİD İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və İNDO İdarə Heyətinin sədri Zöhrə Həsənova tərəfindən imzalanıb. Sənədin əsas məqsədi aztəminatlı ailələrin hüquqlarının qorunması, onların təhsil, səhiyyə və digər vacib xidmətlərə əlçatanlığının artırılması və sosial-iqtisadi inkişaf proseslərinə dəstək verməkdir.
Görüşdə RMİD sədr müavini Afət İsmayılova, İdarə Heyətinin üzvləri Dadaş Hüseynzadə, Rüstəm Əliyev, Mətanət Ağamirli, “Artmood Agency” MMC-nin icraçı katibi Aytən Ələkbərova, İNDO təsisçisi Akifə Mövsümova, icraçı direktor Cahangir Qasımov və təşkilat üzvləri Bəhriyə Həsənova, Sevinc Abdullayeva iştirak ediblər.