
14 oktyabr 2024-cü il tarixində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi (RMİD) və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi (GAN) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum RMİD İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və GAN İdarə Heyətinin sədri Büllur Məmmədova tərəfindən imzalanıb. Sənəd qarşılıqlı faydalı əməkdaşlıq platformasının qurulması və ikitərəfli münasibətlərin inkişafını hədəfləyir.
Azərbaycan qanunvericiliyinə uyğun olaraq narkomaniya ilə mübarizə və bu sahədə maarifləndirməyə dair sosial layihələrin və təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşdə RMİD-in sədr müavini Afət İsmayılova, icraçı katibi Kəmalə Məmmədli, “Artmood Agency” MMC-nin icraçı katibi Aytən Ələkbərova və GAN sədr müavini Sürayyə Maçanova iştirak etmişdir.