12 mart 2025-ci il tarixində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi (RMİD) və Azərbaycan Televiziyası (AzTV) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum RMİD İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və AzTV-nin Reklam şöbəsinin rəisi Süleyman Məmmədov tərəfindən imzalanıb. Sənəd tərəflər arasında qarşılıqlı maraqların mübadiləsi, faydalı əməkdaşlığın qurulması və ikitərəfli münasibətlərin inkişafını nəzərdə tutur.