
15 mart 2025-ci il tarixində Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi (RMİD) və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüş keçirilib.
Görüş zamanı yerli özünüidarəetmə orqanlarının reklam və marketinq sahəsindəki mövcud vəziyyəti təhlil olunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda RMİD İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və ABMA-nın əlaqələndirici koordinatoru Aydın Muradov tərəfindən memorandum imzalanıb. Sənəd tərəflər arasında faydalı əməkdaşlığın yaradılmasını, maraqların mübadiləsini və ikitərəfli münasibətlərin inkişafını nəzərdə tutur.