29 fevral 2025-ci il tarixində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum, RMİD İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və Assosiasiyanın sədri Heydər Eminli tərəfindən imzalanıb. Sənədin əsas məqsədi Assosiasiyaya daxil olan məktəblərin reklam və marketinq sahəsinə maraq göstərən şagirdlərinə maarifləndirici dəstək vermək və ortaq layihələr həyata keçirməkdir.
Tədbirdə RMİD İdarə Heyətinin sədr müavinləri Afət İsmayılova, Dadaş Hüseynzadə, baş katib Təhminə Vəliyeva, beynəlxalq əlaqələr üzrə baş mütəxəssis İlkin Kərimov, RMİD üzvü Nigar Salamova və Assosiasiyanın üzvləri Könül Mustafayeva və Zeynəb Ələkbərova iştirak ediblər.


