Qadın və uşaqların təhsilinə dəstək istiqamətində əməkdaşlıq memorandumu imzalanıb. 15 avqust 2024-cü il tarixində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi (RMİD) və “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyi (QUTDİB) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum, RMİD-in İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və QUTDİB-in İdarə Heyətinin sədri Sevinc Abdullayeva tərəfindən imzalanıb. Sənəd, müxtəlif sahələr üzrə fəaliyyət göstərən ictimai birliklər arasında faydalı əməkdaşlığın qurulmasını və qarşılıqlı münasibətlərin inkişafını nəzərdə tutur. Memorandum çərçivəsində qadınlar və uşaqlar üçün maarifləndirici tədbirlərin təşkili, təhsil layihələrinin həyata keçirilməsi və bu istiqamətdə birgə fəaliyyətlərin genişləndirilməsi planlaşdırılır.