
Əsas Məqsəd:
"Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin başlıca məqsədi – Azərbaycanda reklam və marketinq sahəsinin inkişafına dəstək vermək, mövcud boşluqları aradan qaldırmaq və bu sahədə meydana çıxan problemlərin effektiv həllinə nail olmaqdır.
Bu məqsədə çatmaq üçün Birlik, sahənin mütəxəssislərini bir araya gətirərək, reklam və marketinqin inkişafına yönəlmiş birgə səylərin göstərilməsini təşviq edir.
Əsas Fəaliyyət İstiqamətləri
Birliyin fəaliyyətləri aşağıdakı əsas istiqamətləri əhatə edir:
•Qanunvericilik təşəbbüsləri:
Reklam və marketinq sahəsində müasir tələblərə cavab verən qanunların hazırlanmasına dəstək göstərmək və onların qəbul olunması üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etmək;
•Beynəlxalq təcrübənin tətbiqi:
Qlobal tendensiyalara uyğun beynəlxalq təcrübəni ölkəyə gətirmək və yerli bazarda tətbiq olunmasına şərait yaratmaq;
Yeni layihələrin təşviqi:
Sahənin inkişafına xidmət edən yeni layihələrin hazırlanması, onların müvafiq dövlət qurumlarına təqdim edilməsi və lazımi dəstəyin təmin olunması. Bu istiqamətə aşağıdakılar daxildir:
– Reklam və marketinq sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasına yönəlmiş təşəbbüslər;
– Təlim və peşəkar inkişaf proqramlarının təşkili;
– Sahənin inkişafı üçün dövlət və özəl sektor tərəfindən maddi və texniki dəstəyin cəlb olunması;
– Yerli və beynəlxalq layihələrlə əməkdaşlıq imkanlarının genişləndirilməsi.
•Peşəkarların maraqlarının qorunması:
Reklam və marketinq sahəsində fəaliyyət göstərən şəxslərin hüquq və maraqlarının müdafiəsi, onların peşəkar inkişafına dəstək göstərilməsi;
•İctimai dialoqun təşkili:
Sahə ilə bağlı məsələlərin mütəmadi olaraq ictimai və peşəkar müstəvidə müzakirə olunması və ortaq həll yollarının tapılması.