
23–26 noyabr tarixlərində İstanbulda RMİD (Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi) ARED-in (Açıkhava ve Endüstriyel Reklamcılar Derneği) dəvəti ilə “10-cu Beynəlxalq FESPA Avrasiya 2023” Geniş Formatlı Çap və Sənaye Reklamı Sərgisində stendlə təmsil olunmuşdur.
Sərgidə stendimiz böyük marağa səbəb olaraq, çoxsaylı ziyarətçi qəbul etmişdir. Tədbirdə RMİD İdarə Heyətinin sədri Xəyalə Mütəllimova, TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, RMİD sədr müavini Dadaş Hüseynzadə, həmçinin üzvlər və reklam-biznes sahəsinin nümayəndələri iştirak etmişdir.