
2024-cü ilin 8 apreltarixində Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi
(RMİD) və Azərbaycan Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUIAB)arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Memorandum RMİD-in İdarə Heyətinin sədri Xəyalə Mütəllimovavə ATUIAB-in direktoru Ruslan İmanzadə tərəfindən imzalanmışdır.
Görüşdə RMİD-in İdarə Heyətinin
sədr müavini Afət İsmayılova, İdarə Heyətinin üzvü Rüstəm Əliyev və RMİD-in
baş katibi Təhminə Vəliyeva iştirak etmişdir.
Görüşdə qarşılıqlı əməkdaşlıq
əlaqələrinin qurulması və gələcəkdə birgə layihələr üzrə işbirliyinin
inkişafı müzakirə olunmuşdur.